HomeHaqqımızda

Haqqımızda

Haqqımızda

“Bakı Engineering Supplies Ltd” Məhdud Məsuliyyətli Cəmiyyəti neft və qaz və yanacaq-energetika sənayesi, inşaat sektoru və sənayenin ümumi sahələri üzrə fəaliyyət göstərən müəssisə və qurumlara müasir tələblərə cavab verən məhsulların təchizatı üçün xidmətlər təklif edir.

“Bakı Engineering Supplies Ltd” MMC öz fəaliyyətinə 2009-cu ildə Azərbaycan Respublikası, Bakıda başlayıb və həmin vaxtdan müxtəlif xarici şirkətlərlə əməkdaşlıq edir.

Ümumi məlumat

Şirkətimiz bir çox məşhur markaları təmsil edən partnyor şirkətlərin geniş çeşidli məhsullarının təchizatı ilə məşğul olur. Partnyor şirkətlər Birləşmiş Krallıq, Almaniya, Yaponiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İspaniya, İsveç, Rusiya Federasiyası, Çin, Hindistan, Avstraliya,  Danimarka və başqa ölkələrdə fəaliyyət göstərir. Əsas məqsədlərimizdən biri müştərilərin tələblərinə uyğun olaraq qısa zamanda sərfəli qiymətlərlə yüksək keyfiyyətli məhsulları tədarük etməkdir. Əsas məqsədimiz tədarük edilmiş mal və xidmətlər üzrə müştəri məmnuniyyəti əldə etməkdir. Bu məqsədlə biz fəaliyyət sahəmizi daima genişləndirərək məşhur xarici şirkətlərlə biznes əlaqələri qurmağa davam edirik.

Təchiz edilən məhsullar: sənaye klapanı, boru avadanlığı, rəfli stellaj və stellaj avadanlığı, şlanqlar və birləşdirici, çəlləklərin doldurulması və boşaldılması, kabel dəstək sistemləri, torpaqlama məhsulları, emalatxana, bucurğad, borular, kipkəclər, kimyəvi alətlər, kabel aksesuarları, dəftərxana ləvazimatları, qaldırıcı, qısqaclar, xüsusi nasoslar, cilalama diski, bərkidici detallar, kabel növləri, təhlükəsizlik məhsulları, yağlama avadanlığı, anbar, qaz sistemləri, neft avadanlıqları və s. məhsullar.

Qısa müddət ərzində biz ölkənin və regionun neft-qaz və energetika sektorlarının dövlət əhəmiyyətli layihələri üçün müxtəlif təyinatlı materiallar tədarük etmişik. Bu layihələr xarici və yerli şirkətlərin iştirakı ilə həyata keçirilib. Fəaliyyət illər ərzində biz böyük təcrübə və peşəkar komanda qazanmışıq. Bizimlə əməkdaşlıq rahatlıq və etibarlılıqdır! 

Kiçik və orta müəssisələrlə yanaşı “Bakı Engineering Supplies Ltd”  MMC əsas yerli və Birgə Müəssisə nümayəndələri ilə də əməkdaşlıq edir və layihələrində iştirak edir.

Layihələr:

  1. “Şahdəniz 2 Yaşayış yeri və İstehsal, Üst Tikililəri” Layihəsi
  2. “Şahdəniz Mərhələ 2” Layihəsi

                            Şahdəniz Bravo-Yaşayış yeri və Kommunal Xidmətlər (SDB-QU)

                            Şahdəniz Bravo-İstehsal və Qaldırıcı Platformalar (SDB-PR)

  1. AMEC-Tekfen-Azfen-(ATA)
  2. “Quruda Terminal Tikintisi İşləri” Layihəsi
  3. “SOCAR Heydər Əliyev adına Neftayırma Zavodunun (HAOR) Modernizasiyası və Rekonstruksiyası” Layihəsi
  4. ““Azərkimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunun Yenidən Qurulması və Modernizasiyası” Layihəsi
  5. Şahdəniz Mərhələ 2 İstismara və Təhvil Verməyə Dəstək Üzrə İşlərin Davam Etdirilməsi MTC
  6. “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi”

Etibarlı partnyor, təcrübəli komanda, məsuliyyət, yüksək keyfiyyət, sərfəli qiymətlər – şirkətimizi seçməyin üstünlükləri.

Email

Məhsul və ya xidmətlə bağlı kömək üçün bizə e-poçt göndərin.

procurement@bakuengineering.com

İş saatları

Bazar ertəs – Cümə

9am - 6pm

Zəng

Komandamızın üzvü ilə danışmaq üçün bizə zəng edin.

+994 (012) 452 68 55

Ünvan

Bülbülə, Azərbaycan

© 2022 All Rights Reserved